Accessibility links

Barak Obama Con Makkeynin siyasətini tənqid edib


ABŞ prezident seçkilərində demokrat namizəd Barak Obama respuiblikaçı rəqibi Con Makkeyni Buş administrasiyanın qeyri-müvəffəq siyasətini dəstəkləməkdə ittiham edib. Senator Obama İraq müharibəsi və ABŞ-ın xarici neftdən asılılığına son qoymaq təkliflərini təbliğ edib.

Bu gün demokrat partiyasının həftəlik radio müraciəti zamanı Barak Obama deyib ki, Con Makkeynin siyasəti məktəblər, yollar və körpülərin təmiri hesabına İraq müharibəsini davam etdirməklə amerikalıları aldatmaq olacaq. Barak Obamanın sözlərinə görə, İraq müharibəsinə sərf olanan milyardlarla dollar yeni enerji mənbələri və milyonlarla iş yerinin açılmasına sərf oluna bilər. Senator Con Makkeyn Barak Obamanı İraqda nəyin təhlükə altına qoyulduğunu başa düşməməkdə ittiham edib.

XS
SM
MD
LG