Accessibility links

Prezidentliyə keşmiş namizəd Edvards qeyri-rəsmi münasibətləri olduğunu etiraf edib


ABŞ prezident seçkilərində keçmiş namizəd olmuş Con Edvards 2006-cı ildə qeyri-rəsmi münasibətləri olduğunu etiraf edib. ABC tele-şirkətinə müsahibə verən Con Edvards onun kampaniyasında çalışan 42 yaşlı qadınla qısa müddət əlaqədə olduğunu deyib. O bildirib ki, həyat yoldaşına bu münasibətlər deyib və ondan onu bağışlamasını istəyib.

Keçmiş senator Con Edvards mətbuatda onun həmin qadının uşağının atası olduğu haqda məlumatları təkzib edib.

Edvards bu ilin əvvəli prezidentlik uğrunda yarışlardan çıxmışdır. Onun prezidentliyə demokrat namizəd senator Barak Obama ilə seçkiyə vitse prezident kimi qoşulacağı mümkün hesab edilirdi.

XS
SM
MD
LG