Accessibility links

ABŞ prezidenti Corc Buş Pekində Çin prezidenti Hu Cintao ilə görüşüb


Prezident Buş Olimpiya oyununda Birləşmiş Ştatlar və Çinin kişilər üzrə basketbol komandalarının yarışından öncə Çinli həmkarı Hu Cintao ilə görüşüb. ABŞ Milli təhlükəsizlik Şurasının rəsmisi Dennis Vayder bildirib ki, dövlət başçıları danışıqlarda iqtisadiyyat, ticarət əlaqələri, Şimalı Koreyanın nüvə ambisiyaları və digər regional məsələləri müzakirə ediblər.

Prezident Hu danışıqlarda Birləşmiş Ştatların kişilərdən ibarət voleybol komandası məşqçisinin qaynatasının şənbə günü Pekində qətlə yetirilməsilə əlaqədar prezident Buşa təəssüfünü bildirərək, məsələnin ətraflı olaraq araşdırılacağına vəd verib. Cənab VVilder həmçinin bildirib ki, dövlət başçıları Çində insan hüquqlarının vəziyyətini də müzakirə ediblər.

XS
SM
MD
LG