Accessibility links

Gürcüstan Cənubi Osetiyada atəşkəs elan edib


Gürcüstan ondan ayrılmaq istəyən Cənubi Osetiya regionunda atəşkəs élan edib və düşmənçiliyə son qoymaq üçün dərhal Rusiya ilə danışıqlara başlamağı təklif edib. Gürcüstanın Müdafiə nazirliyindən bildirilir ki, president Mixail Saakaşvili atəşkəs élan edib və öz təklifini Rusiya tərəfə göndərib.

Bu gün əvvəl Gürcüstan öz hərbi qüvvələrini Cənubi Osetiya regionundan çıxardığını bildirmişdi. Gürcüstan təhlükəsizlik şurasının sədri Aleksandr Lomania jurnalistlərə deyib ki, ölkə qoşunları Cənubi Osetiyanın ətrafında mövqe tutub.

Hələlik Rusiya Gürcüstanın addımı ilə bağlı açıqlama verməyib. Rusiya atəşkəs danışıqlarının bir şərti kimi Gürcüstandan qüvvələrini ərazidən çıxarmağı tələb etmişdi.

Bu gün jurnalistlərə açıqlama verən Rusiya xarici işlər nazirinin müavini Qriqori Krasinin sözlərinə görə, indi rəsmi Moskvanın gürcü qoşunlarının çıxdığını təsdiq etməsi lazımdır.

Rusiya rəsmi Tbilisinin Cənubi Osetiya və onun üstünlük təşkil edən rusyönümlü əhalisi üzərində yenidən nəzarətinin qarşısını almaq üçün Gürcüstana 10 minlik qoşun göndərib. Rusiya habelə Gürcüstanı Qara dəniz sahilindən blokadaya alıb. Bu, gürcü qüvvələrinin Qara dəniz vasitəsilə təchizatlar və yardım almasının qarşısını almaq məqsədi daşıyır.

XS
SM
MD
LG