Accessibility links

Pakistanın hakim koalisiyası prezidenti istefaya çağırıb


Pakistanın hakim koalisiyasının rəsmiləri prezident Pərviz Müşərrəfin istefasına çağırıblar. Onlar impiçment üçün kifayət qədər dəstəyə malik olduqlarını bildirib. Pakistan Ədliyyə naziri Faruq Naek deyir ki, ali rəsmilər bu gün impiçment ittihamları siyahısını hazırlayıb. Buraya konstitusiyanın pozulması və səlahiyyətlərindən düzgün istifadə etməmək daxildir. Naek və başqa koalisiya rəsmilərinin sözlərinə görə, Demokratiya və dövlətin inkişafı üçün cənab Muşərrəf bazar ertəsi günü impiçment proseduru başlamamışdan öncə istefa verməlidir. Prezidentin istefaya göndərilməsi üçün pakistan parlamentinin hər iki palatasında 3-də iki üstünlük tələb olunur. Cənab Müşərrəfin dəstəkçiləri deyir ki, prezidentin istefa vermək planı yoxdur.

XS
SM
MD
LG