Accessibility links

İraq və ABŞ təhlükəsizliyə dair razılığın əldə edilməsinə yaxındır


İraq Xarici İşlər naziri Xoşyar Zebari bildirib ki, Bağdad və Vaşinqton ABŞ hərbi qüvələrinin İraqda gəəcəyini müəyyən edəcək təhlükəsizliyə dair razılığın əldə olunmasına çox yaxındır. Xoşyar Zebari bu gün Bağdadda müxbirlərə deyib ki, Birləşmiş Ştatlar razılığın şərtlərinin bir hissəsi kimi hərbi qüvvələrin ölkədən çıxarılması üçün müəyyən vaxt göstərməlidir. Lakin ABŞ rəsmiləri bildiriblər kiı qüvvələrin çıxarılması barədə razılıq əldə edilməyib. Onların sözlərinə görə, təhlükəsizliyə dair danışıqlarda inkişaf əldə olunub, lakin bəzi məsələlər ətrafında mübahisələr davam edir.

Bu arada, İraq polisi bu gün ölkənin bir sıra bölgələrində baş vermiş bomba partlayışlarında azı yeddi adamın öldüyünü bildirirlər.

XS
SM
MD
LG