Accessibility links

Fələstinlilər tanınmış şair Mahmud Dərvişə matəm saxlayır


Fələstinlilərin preziednti Mahmdu Abbas dünya şöhrətli fələstin şairi Mahmud Dərvişin vəfatı münasibətilə üç günlük matəm elan edib. Bu gün televiziya ilə müraciətində cənab Abbas deyib ki, Mahmud Dərvişin ölümü fələstinlilərin mədəni, siyasi həyatı və milli şüuruna böyük təsir göstərib.

67 yaşlı şair ABŞ-da xəstəxanada ürəyinə əməliyyatdan sonra yaranmış problemlər səbəbilə dünyasını dəyişib. Fələstinlilərin radio şirkətləri şairin şerlərini səsləndirir.

20-dən artıq kitabın müəəlifi olan Mahmud Dərviş öz əsərlərində fələstinlilərin yaşadığı çətin günlərdən, müharibə, milli özünü tanıma kimi məsələlərdən bəhs edib.

XS
SM
MD
LG