Accessibility links

İran nüvə proqramına dair danışıqlarının davam etdirilməsinə razılıq verib


İranın nüvə müzakirəçisi Səid Cəlili Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Haviyer Solana ilə mübahisəli nüvə proqramına dair danışıqların davam etdirilməsinə dair razılıq əldə edib. İranın dövlət televiziyasının məlumatında deyilir ki, Səid Cəlili Haviyer Solana ilə telefon söhbəti zamanı bu barədə razılıq əldə edib. Bu razılıq Avropa İttifaqının İrana qarşı sanksiyalar tətbiq etməsindən bir neçə gün sonraya təsadüf edir. Ölçülər İrana və İrandan mal daşınması, habelə İranla biznes əlaqələri qurmaq istəyən bütün təşkilatların təftişini nəzərdə tutur.

XS
SM
MD
LG