Accessibility links

Gürcüstan prezidenti Mixail Saakaşvili atəşkəs razılığını imzalayıb


Bu gün Gürcüstanın atəşkəs təklifinə baxmayaraq, Rusiya və Gürcüstan qüvvələri arasında döyüşlər davam edib. Gürcüstan prezidenti Mixail Saakaşvili Avropanın dəstəklədiyi atəşkəs razılığına imza atdığını bildirib. Fransanın xarici işlər naziri Bernard Kuçner və onun finlyandiyalı həmkarı Aleksandr Stabb imzalanmış sənədi Moskvaya təqdim etməlidir. Gürcüstanın Xarici İşlər Naziriliyinin bildirdiyinə görə, Rusiyanın 50 hərbi təyyarəsi gecə boyu Gürcüstan ərazilərinə reydlər təşkil edib. Rusiyanın sülhməramlı qüvvələri isə İnterfaks xəbər agentliyinə bildirib ki, Gürcüstan qüvvələri Cənubi Osetiyanın paytaxtı Tsxinvaliyə qarşı hücumlarını davam etdirir. Rusyan paytaxtın tam nəzarətinə malik olduğunu bildirir. Gürcüstanın atəşkəs çağırışı və sülh danışıqlarına münasibət bildirilməyib.

XS
SM
MD
LG