Accessibility links

8 türk əsgəri həlak olub


Türkiyə rəsmilərinin sözlərinə görə, Türkiyənin şərqində yolkənarı bomba partlalayışı nəticəsində 8 əsgər həlak olub. Hücum zamanı 3 əsgər isə yaralanıb. Rəsmilər deyir ki, Ərzincan vilayətində hərbi maşın torpağın altına yerləşdirilmiş minanın üzərindən keçən zaman partlayış baş verib. Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib. PKK kimi tanınan Kürdüstan Fəhlə Partiyasının yaraqlıları çox vaxt təhlükəsizlik qüvvələrinə uzaqdan idarə olunan partlayıcılarla hücum edir. PKK Türkiyənin cənub-şərqində muxtariyyət uğrunda 1984-cü ildən mübarizə aparır. Zorakılıqlar zamanı 30 mindən çox insan həlak olub.

XS
SM
MD
LG