Accessibility links

Pakistan müstəqilliyinin 61-ci ildönümünü qeyd edir


Pakistan liderləri ölkədə müstəqilliyin qeyd olunduğu gün siyasi barışığa çağırıblar. Britaniyadan müstəqilliyin 61-ci ildönümü mərasimində çıxış edən prezident Pərviz Müşərrəf ölkədə iqtisadi durumun düzəlməsi üçün siyasi stabilliyin lazım olduğunu deyib. İslamabadda dalğalanan bayraqlar fonunda çıxış edən baş nazir Raza Gilanı də prezidentin dediklərini dəstəkləyib. Cənab Gilani deyib ki, yeni koalisiya hökuməti barışığı qarşısına öhdəlik qoyub. Bunlarla yanaşı cənab Guilanı onu da qeyd edib ki, siyasi repressiyalar və diktatorluğa son qoyulmalıdır.

XS
SM
MD
LG