Accessibility links

Pekin Olimpiadasında bu gün asiyalı idmançılar uğur qazanıb


Pekin Olimpiadası bu gün asiyalı idmançılar üçün uğurlu olub. Yaponiyalı üzğüçü Kosuke Kitayima 200 metr məsafəyə brass üsulu ilə yarışda qızıl medal alıb. İdmançı bazar ertəsi günü bu üsulla 100 metr məsafəyə yarışda dünya rekordu vurmuşdu.

Çin oyunlarda üzgüçülk üzrə özünün ilk qızıl medalını alıb. Qadınlar arasında 200 mert məsafəyə batterflay üsulu ilə yarışda çinli idmançılar birincilik qazanıblar. Çinli idmançı Yanq Vey isə kişilər arasında gimnastika üzrə yarışda qızıl mdeal alıb.




XS
SM
MD
LG