Accessibility links

Olimpiya Oyunlarında Azərbaycan 5-ci medalını qazandı


ABŞ üzgüçüsü Maykl Felps Pekin Olimpiya Oyunlarında 7-ci qızıl medalını qazanaraq, bir olimpiyadada ən çox qızıl medal qazanan Mark Spitzin rekorduna yaxınlaşıb. Felps bu gün baterflay üsulu üzrə 100 metrlik məsafədə qalib gəlib. Son anadək amerikalı üzgüçü 7-ci yerdə gedirdi. 2-ci yeri tutan serbiyalı Milorad Kaviclə saniyə fərqi o qədər az olub ki, serbiyalı üzgüçü Olimpiya komitəsinə etiraz edib. Bu gün habelə Azərbaycanın qadın güləşçisi Mariya Stadnik komandaya bürünc medal qazandırıb. Qadınlar arasında sərbəst güləş üzrə 48 kiloqramda mübarizə aparan Stadnik bürünc medal uğrunda döyüşdə Tatyana Bakatyuka 10-1 hesabı ilə qalib gəlib. Digər qadın güləşçi Yelena Komarova və boksçu Samir Məmmədov isə bu gün məğlub olaraq, yarışlardan kənarda qalıblar.

XS
SM
MD
LG