Accessibility links

Kərbəlaya gedən daha 6 nəfər öldürüldü


Iraq polisinin məlumatına görə, Kərbəlada keçirilən dini mərasimə yola düşən şiə zəvvarlarını hədəf alan son bomba partlayışı nəticəsində 6 nəfər ölüb. Polis deyir ki, bu gün Bağdadda baş vermiş maşın partlayışı nəticəsində ən azı 9 nəfər də yaralanıb.
Zəvvarlar 12-ci və sonuncu Şıə İmamın anadan olmasının ildönumu münasibətilə keçiriləcək illik mərasimə qatılmaq uçun Kərbəlaya yola düşürdülər. Iraq rəsmiləri bu mərasimdə qan tökülməsinin qarşısını almaq məqsədilə Kərbəla ətrafına 40 mindən artıq polis və hərbçi cəmləşdirib.
Ümumilikdə cümə axşamından başlayaraq hücumlarda təxminən 30 zəvvar öldürülüb və daha çox zəvvar;n yaralandıgı güman olunur.

XS
SM
MD
LG