Accessibility links

Gürcüstanın  əsas dəmir yol körpüsü bombalanıb


Gürcüstan rəsmiləri əsas dəmir yol körpüsünün Rusiya qüvvələri tərəfindən bombalandığını deyirlər. Gürcüstanın Xarici iİşlər Nazirliyinin bəyanatında Kaspi regionundakı körpünün partladıldığı bildirilir. Bu gün Moskvada təşkil edilən mətbuat konfransı zamanı Rusiya generalı Anatoli Noqovitsin bu ittihamları rədd edib. Şahidlər və rəsmilərin dediyinə görə, rus qüvvələri hələ də Qori ətrafından çəkilməyib. Tbilisidən 50 km-lik məsafədə yerləşən İqoeti kəndi yaxınlığında Rusiyanın 10 zirehli maşınının mövqe tutduğu bildirilir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenicə imzalanan atəşkəs razılığında rus qüvvələrinin Gürcüstandan çıxarılmasına vaxt qoyulmadığını bildirir.

XS
SM
MD
LG