Accessibility links

Rusiya qoşunları Gürcüstandan çıxarmağı vəd edir


Fransa deyir ki, Rusiya prezidenti Dmitri Medvedev Rus qüvvələrinin bazar ertəsi Gürcüstandan çıxarılacağını vəd edib. Fransa prezidenti Nikola Sarkozının idarəsi deyir ki, qoşunların çıxarılması barərə öhdəliyi rus lideri prezidentlər arasındakı telefon söhbətində öz üzərinə götürüb. Fransa prezidenti cənab Medvedevə xəbərdarlıq edib ki, əgər Moskva bazar günü imzaladığı atəşkəs razılığına əməl etməsə, ciddi nəticələrlə qarşılaşacaq. Rus əsgərləri dünən Tbilisidən 50 kilometr məsafədə yerləşən İqeoti şəhərinin mərkəzindən geri çəkilməyə başlayıblar. Qərb hökumətləri Moskvaya qüvvələrini geri çəkmək üçün təzyiq göstərirlər. ABŞ və Fransa Rusiyanı Gürcüstanla bağladığı atəşkəs haqda razılığa əməl etməməkdə günahlandırıblar.
XS
SM
MD
LG