Accessibility links

Pakistan parlamenti prezident Müşərrəfi vəzifədən kənarlaşdırmağa hazırlaşır


Pakistanın hakim koalisiyasının üzvləri bu gün bir araya gələrək prezident Pərviz Müşərrəfə qarşı impiçmentlə bağlı ittihamların siyahısını tamamlayıblar. Rəsmilər deyirlər ki, əgər prezident istefa verməsə, onda bu ittihamlar çərşənbə günü parlamentə təqdim olunacaq və impiçment prosesi başlanacaq. İmpiçment layihəsi üzrə komitə bildirir ki, ittihamlara konstitutsiyanı tapdamaq və başqa qeyri-qanuni hərəkətlər daxildir. Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi Prezident Müşərrəfi istefa verib-verməmək qərarını nəzərdən keçirməyə çağırıb. Cənab Müşərrəf hələ ki, istefa verməkdən boyun qaçırır.
XS
SM
MD
LG