Accessibility links

Felps 8 qızılla tarixə düşdü


ABŞ üzgüçüsü Maykl Felps tarix yazaraq bir olimpiyada ərzində üzgüçülük üzrə qazanılması mümkün olan 8 qızıl medaldan hamısını əldə etməyə nail olub. Bu, indiyədək Olimpiyada tarixində baş verməmişdi. Felps və onun komanda yoldaşları 4 nəfərlə 100 metr məsafəyə qarışıq növ üzrə yarışda dünya rekordunu təzələyərək olimpiya çempionu olublar. Başqa bir üzgüçülük yarışında isə Avstraliyanın qadınlardan ibarət komandası qarışıq növ üzrə 100 metrlik məsəfədə dünya rekordu vurub. Azərbaycan idmançılarına gəldikdə isə 4 qat dünya çempionu Nizami Paşayev medal qazana bilməyib. Ağırlıq qaldırma üzrə 94 kiloqramda mübarizə aparan paşayev yalnız 5 yerlə kifayətlənə bilib. 63 kiloqramda döşək üzərinə çıxan qadın güləşçi Yelena Komarova isə elə ilk oyunundaca Yaponiyalı idmançıya məğlub olub. Qeyd edək ki, yapon güləşçi Olimpiyadanın qızıl medalını qazanıb.

XS
SM
MD
LG