Accessibility links

Əfqanıstanda təhlükəsizlik tədbirləri gücləndirilib


Müstəqillik günü ərəfəsində Əfqanıstan paytaxtı Kabildə ən azı 5 min poliş işçisi keçik çəkir. Daxili İşlər Nazirliyi bunu 2001-ci ildə Taliban rejimi devriləndən bəri ən güclü təhlükəsizlik tədbiri kimi təsvir edib. Nazirlikdən bildirirlər ki, ölçülər cəmiyyətdə inam yaratmaq və potensial təhdidlərə maneə olmaq məqsədi daşıyır. Rəsmilər deyir ki, Əfqanıstanın 89 il əvvəl Böyük Britaniyadan müstəqilliyini qeyd edən sabahkı bayram tədbirləri əvvəlki illərlə müqayisədə daha kiçik həcmli olacaq. Aprel ayında Kabildə keçirilən son bayram tədbirində militantlar səhnəni atəşə tutmuşdular. Atəş açılan zaman isə səhnədə prezident Həmid Karzai ilə yanaşı, bir çox yüksək vəzifəli şəxslər və diplomatlar var idi. Cənab Karzai ölümdən qurtula bilsə də, hadisə zaman 3 nəfər həlak olmuşdu.

XS
SM
MD
LG