Accessibility links

Bakıdakı “Əbu-Bəkr” məscidində partlayış


Bu gün Azərbaycanda əsasən vəhhabi icmasının ibadət etdiyi və “Əbu-Bəkr” adı ilə tanınan məsciddə partlayış olub. Partlayışdan dərhal sonra hadisə yerində olan Bakı müxbirimiz Tapdıq Fərhadoğlu bildirib ki, ilkin məlumatlara görə 2 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Nərimanov Rayon Prokurorluğunun müstəntiqi Rasim Qurbanov Amerikanın Səsinə bildirib ki, hadisə axşam saat 20:50 radələrində axşam namazı vaxtı baş verib. Cənab Qurbanov şahidlərə istinadən bildirib ki, qara paltarlı naməlum şəxs məscidin açıq pəncərəsindən əl qumbarasını içəri atıb. Hücum həyata keçirilən zaman hadisə yerində olan insanlar cinayətkarı təqib etsələr də, onu tuta bilməyiblər. Rasim Qurbanovun sözlərinə görə, istintaq hadisənin terror və ya düşmənçilik məqsədilə həyata keçirildiyini araşdırır və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

XS
SM
MD
LG