Accessibility links

Kondoliza Rays Brüsselə gedir


ABŞ dövlət katibi Kondoliza Rays Gürcüstan məsələsi barədə Avropa Birliyi və NATO liderləri ilə danışıqlar aparmaq üçün bu gün Brüsselə yola düşür. Dövlət Departamenti dünən bildirib ki, xanım Rays Avropa Birliyi Xarici Siyasət Komissiyasının rəhbəri Havier Solana, xarici əlaqələr üzrə komissar Benita Ferrero-Valdner və Fransa xarici işlər naziri Bernard Kuçnerlə görüşməyi planlaşdırır. Sabah isə ABŞ dövlət katibi NATO xarici işlər nazirlərinin Brüssel toplantısında iştirak edəcək. Dövlət Departamentinin açıqlamasına görə, xanım Rays daha sonra Varşavaya səfər edərək Polşada ABŞ-ın raket tutan qurğusunun quraşdırılması haqda razılığa imza atacaq. İki ölkə bu məsələni son 18 ayda müzakirə edib. Rusiya bu sazişin qəti şəkildə əleyhinədir.

XS
SM
MD
LG