Accessibility links

Əlcəzairdə bu gün də bomba hücumları həyata keçirilib


Əlcəzairin dövlət radiosu bildirib ki, ölkənin cənubunda, paytaxtdan 130 km məsafədəki Boira şəhərində bu gün həyata keçirilən iki bomba partlayışı nəticəsində azı 11 nəfər ölmüş, 31 nəfər yaralanmışdır. Məlumatda deyilir ki, partlayışlardan biri bir sərnişin avtobusu yaxınlığında, ikincisi isə şəhərin hərbi baş qərargahı yaxınlığında həyata keçirilimişdir. Hücumların məsuliyyətini dərhal üzərinə götürən olmayıb. Bu partlayışlar ölkənin şimalındakı İssers şəhərində 43 nəfərin ölümü ilə nəticələnən maşındakı bomba partlayışından bir gün sonraya təsadüf edir. Dünən Əlcəzairdə həyata keçirilən hücum Birləşmiş Ştatlar da daxil çoxlu ölkə tərəfindən pislənib.

XS
SM
MD
LG