Accessibility links

Hindistan Kəşmirində hindularla polis arasında qarşıdurma baş verib


Hindistanın nəzarəti altındakı Kəşmirdə qadağa saatına baxmayaraq bu gün hindu etirazçıları ilə polis arasında qarşıdurma baş vermişdir. Hinduların çoxluq təşkil etdiyi Jammu şəhərində polisin nümayışçilərə qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə etdiyi, nümayişçilərin isə polis maşınlarını yandırdıqları bildirlir. Münaqişə zamanı azı 25 nəfərin yaralandığı xəbər verilir.
Bundan sonra nümayişçilər Jammu şəhərinin polis məntəqəsi qarşısında yürüş keçirmişlər. Xatırladaq ki, hökumət iyun ayında müsəlmanların irimiqyaslı nümayişlərindən sonra hinduların müqəddəs məbədi yerləşən ərazini müsəlmanlardan alıb hindulara vermək qərarını ləqv etmişdi. Həmin nümayişlər zamanı azı 28 nəfər həlak olmuş, yüzlərlə adam yaralanmışdı. Artıq üç gündür davam edən nümayişlərdə hindular həmin ərazilərin geri qaytarılmasını tələb edirlər.

XS
SM
MD
LG