Accessibility links

Nəvaz Şərif partiaysının koalisiyadan çıxacağı ilə hədələyib


Pakistanın keçmiş baş naziri Nəvaz Şərif bildirib ki, keçmiş prezident Pərvəz Müşərrəf tərəfindən işdən azad edilən ali məhkəmənin hakimləri vəzifələrinə qaytarılmadığı təqdirdə onun partiyası koalisiyadan geri çəkiləcək. O deyib ki, Pakistan Xalq Partiyasının lideri Asif Əli Zərdari söz vermişdi ki, Pərvəz Müşərrəfin impiçmentindən sonra 24 saat ərzində hakimlər vəzifələrinə qaytarılacaq.

Pərvəz Müşərrəf impiçmentin qarşısını almaq üçün vəzifəsindən istefa verdi. Sözü gedən hakimlər ali məhkəmədəki vəzifələrinə qaytarıldıqları təqdirdə Pakistan Xalq Partiyasının liderlərinin korrupsiya ittihamlarından azad olunması barədə parlamentin qəbul etdiyi qərarın əleyhinə çıxış edə bilərlər.

XS
SM
MD
LG