Accessibility links

Qordon Braun Əfqanıstana əlavə maliyyə vəsaiti ayrılacağını bildirib


Britaniyanın baş naziri Əfqanıstanın təhlükəsizlik qüvvələrinə təlim məqsədilə əlavə maliyyə vəsaiti ayıracağını bildirib. Bu gün Kabildə keçirilən mətbuat konfransında çıxış edən Qordon Braun həmçinin Əfqanıstana yardım üçün 120 milyon dollar vəd edib.
Bu gün erkən cənab Braun Helmənd vilayətində Britaniya əsgərləri ilə görüşüb. Baş nazir deyir ki, Əfqan ordusu ölkəyə nəzarət etmək üçün həcmini ikiqat artırmalıdır. Son günlər Əfqanıstanın qiyamçı hücumları vüsət alıb.

XS
SM
MD
LG