Accessibility links

İspaniyada 3 günlük matəm elan edilib


Ispaniya son 20 ildə ən iri təyyarə qəzasından sonra 3 günlük matəm elan edib. 172 sərnişin daşıyan Spanair təyyarəsi üçüş zolağından çıxaraq alovlandıqdan sonra 153 nəfər həlak olub. Qəzadan sağ qurtaran 19 sərnişin müxtəlif növ bədən xəsarətləri alıb. Təhqiqatçılar deyirlər ki, pilot ilkin olaraq temperatur ölçən cihazda problem olduğunu bildirmişdi. Rəsmilər təyyarənin 2 qara qutusunu əldə ediblər ki, bu da qəzanın səbəblərini öyrənməyə imkan verəcək. Təhqiqatçılar qəzanın terror əməli olduğunu inkar edirlər. MD-82 markalı təyyarə populyar turist məkanı olan Kanar adalarına istiqamət götürmüşdü.

XS
SM
MD
LG