Accessibility links

Rusiya Gürcüstanla Cənubi Osetiyanı ayıran regionda yoxlama məntəqlələri yerləşdirməyi planlaşdırır


Rusiya xarici işlər naziri Sergey Lavrov deyir ki, Rusiya Gürcüstanı separatçı Cənubi Osetiya bölgəsindən ayıran regionda 500 əsgərlik yoxlama postları qurmağı planlıaşdırır. Lavrov bu gün Rusiyanın cənubunda bu bəyanatı açıqlayıb. Fransanın vasitəçiliyi ilə əldə olunan atəşkəsə əsasən Kreml Cümə günündək qüvvələrini Gürcüstandan çıxarmağı vəd edib. Lavrov Moskvanın Cənubi Osetiyada nə qədər qoşun saxlayacağını bildirməyib. Lakin qeyd edib ki, Rsiya Gürcüstan əsgərlərini təhlükəsizlik zonasına buraxmayacaq. Gürcüstan daxili işlər nazirliyinin sözçüsü Amerikanın Səsinə bildirib ki, rus qüvvələri ərazini tərk etmək görüntüsü yaradırlar. Pentaqon sözçüsü Rus hərbi manevrlərini minimal adlandırıb.

XS
SM
MD
LG