Accessibility links

Amerikanın İraqdakı qüvvələrinin geri çəkilməsi barədə razılıq əldə edilib


Amerikanın İraqdakı qüvvələrinin geri çəkilməsi barədə razılıq əldə edildiyi bildirilir. ABŞ qüvvələri İraqdan şərtlər uyğun olsa, 2011-ci ildə çıxarılacaq. Razılığa istinad edən rəsmilər bildirirlər ki, razılıq qüvvələrin İraq şəhərlərindən 2009-cu ildə geri çəkilməsini tələb edir. İraqın baş müzakirəçisi Məhəmməd Əl Haç Həmud deyib ki, tərəflər şəraitdən asılı olaraq qüvvələrin çıxaırılması barədə razılıq əldə ediblər. İraqa gözlənilmədən səfər edən Kondoliza Rays BMT-nin bu ilin sonunda İraqdakı mandatının başa çatmasından sonra Amerika qüvvələrinin gələcək statusunu da müzakirə edib. Bundan əlavə Amerika əsgərlərinə veriləcək toxunulmazlıq şərtləri də danışıqlar mövzüsu olub. ABŞ dövlət katibi İraqın suvereneliyinə bütün hallarda hörmət ediləcəyini deyib. İraqın radikal şiə lideri Müqtəda Əl-Sədr Raysın səfərinə etiraz edərək, İraqın işğalını davam etdirən hər bir razılığın rədd edilməsinə çağırıb.

XS
SM
MD
LG