Accessibility links

Rus qüvvələri Gürcüstandakı mövqelərini tərk  edir


Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Rus qüvvələrinin Gürcüstandakı mövqelərini tərk etdiyini bildirib. Nazir bu bəyanatı jurnalistlərin qüvvələrin Cənubi Osetiyaya doğru istiqamət aldığını təsdiq etməsindən sonra verib. Rus generalı Anatoli Noqovitsin təhlükəsizlik zonasındakı 18 yoxlanış məntəqəsinin saxlanacağını deyib. Lakin Rusiyanın Gürcüstandakı qüvvələrinin çıxarılması prosesinin başa çatdırıldığı hələ dəqiq deyil. ABŞ dövlət departamentinin sözçüsü Robert Vud deyib ki, Rusiya Fransanın vasitəçiliyi ilə əldə edilən atəşkəsin şərtlərinə əməl etməkdən boyun qaçırır. O, təhlükəsizlik zonasında yoxlanış məntəqələri salınmasının qanuna zidd olduğunu deyib. Bundan əvvəl NATO komandiri, general Con Kraddok Tbilisidə müxbirlərlə söhbəti zamanı rus qoşunlarının Gürcüstanı “ilbiz sürəti” ilə tərk etdiyini deyib.

XS
SM
MD
LG