Accessibility links

Natiq Əliyev: “Böhrandan qayıtdıq...”

  • Ələkbər Raufoğlu

Azərbaycan enerji resurlarınının Qərbə alternativ istiqamətlərlə nəqlinə ehtiyac görmür.
Bunu "Amerikanın səsi" radiosuna məxsusi müsahibəsində Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev deyib.
Cənab Əliyev bildirib ki, Rusiya-Gürcüstan müharibəsi və daha əvvəl isə Türkiyədə Bakı-Tbilisi-Ceyhan kəmərinin partladılması Azərbaycanın enerji infrastrukturuna təsir edib, belə ki, ixrac potensialı məhdudlaşıb.
"Amma biz artıq bu böhrandan qayıtdıq. İndi əsas boru kəməri işə düşüb. Neftin hasilastı və idarə olunması bizim əlimizdədir", - deyə nazir vurgulayıb.
Azərbaycanın Sənaye və Energetika naziri habelə diqqəti ona yönəldib ki, regionun enerji infrastrukturu geosiyasi amillərdən asılı vəziyyətdədir. Belə ki, onun sözlərinə ğörə, Rusiyanın Gürcüstanda həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində dəmir yolu marşrutları və eləcə də Qara dənizdəki terminalın işi məhdudlıaşıb, habelə Batumi limanında gəmilər ilişib qalıb:
"Bütün çətinliklər texniki və geosiyasi səbəblərlə əlaqədar idi. Bizim həm Rusiya, həm də Gürcüstan vasitəsilə Qara Dəniz və Aralıq Dənizinə üç çıxışımız var. Bunlardan səmərəli və çevik istifadə üçün təcrübəmiz var", - nazir deyib.
Cənab Əliyev xüsusi olaraq vurgulayıb ki, Azərbaycan Bakı-Tbilisi-Ceyhan marşrutuna heç bir alternativ görmür. Belə ki, nazirin sözlərinə görə, bu kəmər faydasını və etibarlılığını göstərib.
"Odur ki, başqa təkliflərə ehtiyac yoxdur. BTC-yə alternativ düzəltməyin nə iqtisadi, nə də siyasi əsasları var", - deyib Natiq Əliyev.

XS
SM
MD
LG