Accessibility links

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb


NATO qüvvələrinin istifadə etdiyi helikopter bugün Əfqanıstanın Pakistanla həmsərhəd şərqi Kunar vilayətində qəzaya uğrayıb. Hadisə nəticəsində ən azı bir adam həlak olmuş, üç nəfərsə yaralanmışdır. NATO bəyanatında deyirlir ki, rus istehsalı olan MI-8 nqliyyat helikopteri Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri bazasından səmaya qalxdıqdan az sonra yerə dəyib. Taliban qüvvələri helikopteri vurduqlarını iddia edirlər.

Bu arada Əfqanıstan prezidenti Həmid Karzai 89 mülki vətəndaşın ölümünə səbəb olmuş hərbi əməliyyata görə Əfqan ordusunun 2 yüksək rütbəli komandirini vəzifələrindən azad edib. Cənab Karzainin bugünkü fərmanında qərbi Əfqanıstanda ordu generalı olan Calandar Şah və mayor Əbdül Cabbar vəzifədən çıxarılıb. Həmin əməliyyatda Əfqan qüvvələrinin köməyə çağırdığı ABŞ təyyarələri düşmən hədəfinə zərbə endirmişdilər. ABŞ hərbçiləri hökumətin itkilər haqda dedikləri ilə razılaşmırlar.
XS
SM
MD
LG