Accessibility links

Azərbaycan Olimpiyadanı 39-cu yerdə başa vurur


ABŞ-ın kişilərdən ibarət basketbol komandası Olimpiyadanın son günü dünya çempionu olan İspaniyanı 118-107 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar. 4 il əvvəl Afinada bürünc medalla kifayətlənən amerikalılar bugünkü oyunun son 2.5 dəqiqəsinə cəmi 4 xal üstünlüklə girsələr də görüşün sonuna kimi qələbəni qoruyub saxlaya biliblər. Bu ABŞ komandasının Sidney Olimpiya Oyunlarından bəri beynəlxalq arenada qazandığı ilk qızıl medaldır. Komandaya ən çox xal qazandıran Dveyn Veyd olub. Oyun ərzində o, 27, Kobe Brayant isə 20 xal qazanmağa müvəffəq olub. Daha əvvəl isə ABŞ-ın kişilərdən ibarət voleybol komandası Braziliyanı 3-1 hesabı ilə məğlub edərək son 20 ildə ilk Olimpiya qızılına yiyələnib. Bədii gimnastika üzrə komanda yarışlarında bu gün mübarizə aparan Azərbaycan komandası isə medal qazana bilməyib. Komanda yalnız 7-ci yerlə kifayətlənib. Bu idman növündə gözlənildiyi kimi Rusiya komandası qızıl medallara sahib olub. Azərbaycan komandası Olimpiyadanı 7 medalla 39-cu yerdə başa vurur.

XS
SM
MD
LG