Accessibility links

Qori yaxınlığında Azərbaycan qatarı partladıldı


ABŞ-ın içərisi humanitar təchizatlarla dolu hərbi gəmisi bu gün Gürcüstanın liman şəhəri olan Batumiyə çataraq Rusiya işğalından qaçan köçkünlərə yardım aparıb. Gigiyenik ləvazimatlar, uşaq qidası, ədyal və başqa təchizatlar aparan USS MakFol gəmisi yaxın günlərdə Gürcüstana yardım çatdıracaq gəmilərdən birincisidir. ABŞ Beynəlxalq İnkişaflar Agentliyinin rəhbəri Henrietta For deyir ki, Birləşmiş Ştatların 13 milyon dollarlıq yardımı artıq çatıb və daha artığının göndərilməsi planlaşdırılıb. Bununla yanaşı, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilinə yanacaq aparan qatarı Rusiya qüvvələrinin nəzarəti altında olan Qori şəhəri yaxınlığında partladılıb. Gürcüstan rəsmiləri hadisəyə görə Rusiyanı ittiham edərək partlayışa minanın səbəb olduğunu bildiriblər.

XS
SM
MD
LG