Accessibility links

Bağdadda 4 nəfər həlak olub


İraq polisinin bildirdiyinə görə, Bağdadda polisi hədəfə alan ardıcıl partlayışlar zamanı 4 nəfər ölüb. Polis deyir ki, Nadha məhəlləsində baş verən bugünkü partlayışların arasında çox az vaxt fərqi olub. Verilən məlumata görə, 3 nəfər ilk parlayışdan sonra dünyasını dəyişib. İnsanlar birinci partlayışın qurbanlarına köməyə gələn zaman ikinci partlayış həyata keçirilib. Dünən Kərkükdə avtomobil dükanında intiharçı hücumu nəticəsində 5 nəfər həlak olmuşdu. Onlar içərisində ABŞ qüvvələri ilə birgə işləyən Diyala vilayətindən olan sünni yaraqlı lider də olub. Dünən habelə ABŞ ordusu 3 aydır saxlanılan “Associated Press” agentliyinin kameraçısını sərbəst buraxıb. Ordu bildirib ki, onun təhlükəsizliyə hədə törətmədiyi müəyyənləşdikdən sonra bu qərara gəlinib.

XS
SM
MD
LG