Accessibility links

Rusiya parlamenti Gürcüstanın separatçı regionlarının tanınması barədə qətnamə qəbul edib


Rusiya qanunvericiləri prezident Dimitri Medvedyevdən Gürcüstanın separatçı regionlarını müstəqil dövlət kimi tanımağı xahiş edib. Bu addım rəsmi Moskvanın Qərblə münasibətlərini bir qədər də gərginləşdirir. Rusiya parlamentinin yuxarı və aşağı palatası bu gün Cənubi Osetiya və Abxaziyanın tanınmasına çağıran qətnaməni böyük səs çoxluğu ilə qəbul edib. Separatçı regionların diplomatik tanınması barədə son çağırış cənab Medvedyevdən asılı olacaq. Yuxarı palatanın spikeri Serqey Mironovun sözlərinə görə, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyə hüquqları var. Rusiya 1990-cı illərdə bu regionları dəstəkləmiş, ancaq onların müstəqilliyini tanımamışdı.

XS
SM
MD
LG