Accessibility links

Şimali Koreya nüvə qurğularının sökülməsi işini dayandırıb


Şimalı Koreyanın xarici işlər naziri bu gün bildirib ki, Birləşmiş Ştatların bu ölkənin adını terrorçuluğu dəsdəkləyən ölkələr siyahısından çıxaracağını rədd etməsindən sonra o, nüvə qurğularının sökülməsi işini dayandırıb. Nazirin açıqlamasında deyilib ki, indi Şimalı Koreya Yongbyon nüvə qurğusunun yenidən bərpa edilməsini nəzərdən keçirir. ABŞ bildirib ki, Şimalı Koreya, onun nüvə qurğularının sıradan çıxardıldığının müstəqil şəkildə təstiq edilməsi üçün yoxlama mexanizminə razılıq vermədiyi müddətdə bu ölkəni terrorizmi dəsdəkləyən ölklələr siyahısından çıxartmayacaq. Cənubi Koreya rəsmiləri Şimalı Koreyanın qərarından məyyusluqlarını bildiriblər. Onlar Pxenyanı nüvə qurğularının sıradan çıxarılması işinə yenidən başlamağa çağırıblar.

XS
SM
MD
LG