Accessibility links

ABŞ-ın növbəti gəmisi Batumiyə çatıb


ABŞ-ın sahil mühafizə kateri Gürcüstanın liman şəhəri Batumiyə çatıb. Gəmi Rusiyanın hücumundan əziyyət çəkən əhaliyə humanitar yardım aparıb. “Dallas” katerinin limana çatması Rusiyanın Gürcüstan ərazilərinə hücumu və Kremlin Gürcüstanın separatçı regionlarını tanıması ətrafında Qərblə Moskva arasında baş verən gərginlikdən sonraya təsadüf edir. ABŞ rəsmiləri deyir ki, qarşıdakı günlərdə ABŞ dəniz vasitəsilə Batumiyə əlavə təchizatlar çatdıracaq. Rusiya Gürcüstanda atəşkəs razılığına əməl etdiyini bildirir. Kremlin açıqladığı bəyanatda deyilir ki, prezident Dimitri Medvedyev bu gün telefon söhbəti zamanı Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasını tənqid edən Almaniya kansleri Angela Merkelə ölkəsinin öhdəliklərini çatdırıb.
XS
SM
MD
LG