Accessibility links

Şimali Koreyanın son qərarı Rusiyanı məyus edib


Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, o, Şimali Koreyanın nüvə obyektlərinin sökülməsini dayandırmasından məyus olub. Bu gün açıqladığı bəyanatda Rusiya Pxenyanı əsas nüvə obyekti olan Yonqbyonun sökülməsini oktyabrın sonunadək başa çatdırmağa səsləyib. Rusiya Şimala xatırladıb ki, Pxenyan həmin tarixə imzaladığı sazişdə razı olmuşdu. Çərşənbə axşamı Şimali Koreya Vaşinqtonun onu terrora sponsorluq edən dövlətlər siyahısından çıxarmadığına görə, nüvəsizləşdirmə prosesini dayandırdığını bəyan edib.

XS
SM
MD
LG