Accessibility links

Hindistan Kəşmirində zorakılıqlar davam edir


Hindistanın Kəşmirdəki hərbi qüvvələri müsəlman yaraqlılar olmaqda şübhəli bilinən, qadınlar və uşaqlar daxil olmaqla onlarla insanı girov saxlayan iki nəfərin öldürüldüyünü bildiriblər. Hindlərin çoxluq təşkil etdiyi Cammu şəhərində yaraqlıların 3 nəfəri qətlə yetirdiyi xəbər verilir.

Polis rəsmilərinin bildirdiyinə görə, müsəlman yaraqlıları olmaqda şübhəli bilinən şəxslər Pakistan sərhədini gizlicə keçəndən sonra onların izinə düşülüb və polislə yaraqlılar arasında atışma baş verib. Qarşıdurma zamanı yaraqlılar bir evə girmiş və oradakı qadın və uşaqlar da daxil olmaqla, 7 nəfəri girov götürmüşlər. Cammunun polis generalı Rajendra girovların sağ qalması üçün polisin ehtiyatla hərəkət etdiyini deyib. General Rajendra yaraqlıların hindlərın çoxluq təşkil etdiyi Cammu regionuna dağılmağa çalışdıqları üçün polisin bu regionda axtarış əməliyyatlarını genişləndirdiyini bildirib.

XS
SM
MD
LG