Accessibility links

Pakistanda vəkillərin yürüşü davam edir


Pakistan rəsmilərinin bildirdiyinə görə, bu gün qara kostyum geymiş yüzlərlə vəkil Pakistan şəhərlərində yürüş keçirmişlər. Vəkillərin bəzilərinin əlində hökumətə və Asif Əli Zərdarinin başçılıq etdiyi Pakistan Xalqı Partiyasına qarşı şüarlar var idi. Yürüş iştirakçıları cənab Zərdarini keçmiş prezident Pərviz Müşərrəfin keçən ilin noyabr ayında vəzifələrindən azad etdiyi 60 hakimi işlərinə qaytarmamaqda ittiham edirlər.
Bununla yanaşı bildirlir ki, ölkənin şimal-qərbindəki Bannu şəhəri yaxınlığında polis maşınını hədəf alan bomba partlayışı azı 11 nəfərin ölümünə səbəb olub. Rəsmilər yaraqlıların uzaqdan idarə edilən bombadan istifadə etdiklərini deyirlər. Ölənlərdən 9-nun polis işçisi, 2 nəfərin isə dustaq olduğu xəbər verilir.


XS
SM
MD
LG