Accessibility links

Con Makkeyn vitse-prezidentliyə namizədi seçdi


ABŞ prezident seçkilərində respublikaçı namizəd Con Makkeyn Alyaska ştatının qubernatoru Sara Polini kampaniya tərəfdaşı kimi vitse-prezident seçdiyini elan etdi. Bu respublikaçılar partiyası tarixində qadının ilk dəfə olaraq prezident seçkilərinə qatıldığı demək olacaq.

Bu gün 72 yaşını qeyd edən ABŞ prezident seçkilərində respublikaçı namizəd Con Makkeynin Ohayo ştatının Deyton şəhərində seçicilərlə görüşü zamanı vitse-prezidentliyə namizədini elan etdi.

Sara Polin ölkənin uzaq şimal-qərb ştatı olan Alyaskada korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyytələrinə görə siyasi arenada populyarlaşaraq ilk dəfə olaraq qubernator seçilmişdir.

44 yaşlı qubernator abort, homoseksualların evliliyinin əleyhinə olmaqla, həm sosial, həm də iqtisadi məsələlərdə mühafizəkar mövqe tutur.

Qaz və neftlə zəngin ştatın qubernatoru kimi Polin Qubernatorların Milli Resurslar Komitəsi Assosiasiyasına sədrlik edir. O, Arktika qoruğunda neft çıxarılmasının tərəfdarıdır. Elə bu həftə Sara Polin Alyaskada qaz kəmərinə dair qanun layihəsini imzalayıb.

Sara Polin beş uşaq anasıdır. Onun böyük oğlu 2001-ci il sentyabrın 11-i Birləşmiş Ştatlara qarşı hücumlardan sonra orduya yazıılıb.

Makkeynin kampaniyası demokrat senator Hilari Klintonun tərəfdarlarını cəlb edəcəyinə ümid bəsləyir. Bu inkişaflar Respublikaçılar partiyasının gələn həftənin bazar ertəsi günü qurultayından öncə baş verir.

XS
SM
MD
LG