Accessibility links

Əfqanıstanda 12 yaraqlı öldürülüb


Əfqanıstandakı ABŞ koalisiyasının bildirdiyinə görə, ona məxsus qüvvələr Pakistan sərhədi yaxınlığında 12 yaraqlını öldürüblər. Bu gün açıqlanan bəyanatda deyildiyinə görə, qoşunlar dünən Paktiya vilayətində patrul çəkən zaman hücuma məruz qalıblar. Rəsmilər koalisiya qüvələrinin iki ölkə arasında xarici döyüşçülər köçürən yaraqlıları axtardığını deyirlər. ABŞ koalisiyası bildirib ki, qüvvələr son 4 gün rəzində Əfqanıstanın cənubunda 100-dən çox yaraqlı öldürüb. Dünən habelə 1 qadın və 2 uşaq həlak olub. Rəsmilərin sözlərinə görə, hadisə əfqan və alman əsgərlərin yoxlanış məntəqəsində saxlanmaqdan imtina edən naməlum maşını atəşə tutması nəticəsində baş verib.

XS
SM
MD
LG