Accessibility links

Pakistanda militantlara hücum edilib


Pakistan təhlükəsizlik qüvvələrinin rəsmiləri bildirilər ki, dünən ölkənin şimal-qərbindəki Svat vadisində yaraqlıarın hədəflərinə edilən hava hücumu nəticəsində azı 40 yaraqlı öldürülüb. Əməliyyatın məqsədi vadini yaraqlılardan təmizləməkdir. Talibanpərəst ruhani Mövlana Fəzlullah Svat vadisində şəriyyətə əsaslanan hökumət yaradana qədər vadi turist mərkəzlərindən biri sayılırdı. May ayında Pakistan hökuməti ruhani Fəzlullahla sülh müqaviləsi bağlamasına baxmayaraq, yaraqlılar hücumlarını davam etdirirlər.
XS
SM
MD
LG