Accessibility links

ABŞ prezidenliyinə namizədlər seçicilərlə görüşür


ABŞ siyasətində tarixi həftə bitdikcə prezidentliyə namizədlər yeni vitse-prezidenliyə namizəd tərəfdaşları ilə bərabər başlıca rəqabət meydanı olacaq ştatlarda seçicilərlə görüşürlər. Respublikaçı namizəd Con Makkeyn bu axşam vitse-prezidentliyə namizəd tərəfdaşı Alaska qubernatoru Sara Palinlə birlikdə kampaniya aparacaq. Makkeyn nisbətən tanınmamış Palini vitse prezidenlitliyə namizəd seçməklə ilk dəfə olaraq qadını Respublikaçı prezident komandasına əlavə etmiş oldu. Demokrat Barak Obama isə Cümə Axşamı iri partiyadan prezidentliyə namizədliyi irəli sürülmüş ilk Afrikalı-Amerikalı oldu. Senator Obama tərəfdaşı Delavar senatoru Co Baydenlə birgə bu axşam Ohayoda seçicilərlə görüş keçirəcəklər. Bu arada Demokrat senator Hillari Klinton radio ilə müraciətində ABŞ seçicilərini sabiq praymeri rəqibi Barak Obamaya səs verməyə çağırıb. Onun sözlərinə görə Demokratlarla Respublikaçılar arasındakı təzad kəskindir.

XS
SM
MD
LG