Accessibility links

Avropa İttifaqı sabah təcili yığıncaq keçirir


Avropa İttifaqının liderləri sabah, bazar ertəsi günü Rusiyanın Gürcüstana müdaxiləsi və iki separtaist regionu tanımasına dair təcili yığıncaq keçirir. 27 üzvlü blok Rusiyanın əməllərini kəskin şəkildə qınayaraq, Gürcüstana iqtisadi yardımını və dəstəyini təklif edir. Böyük Britaniyanın baş naziri Qordon Braun bildirib ki, Avropa İttifaqı Moskva ilə münasibətlərini nəzərdən keçirməlidir. O, həmçinin deyib ki, ən böyük qaz və neft təminatçısı olan Rusiyanın Avropanı enerji qıtlığına məruz qoymasına yol verilməməlidir. Bu gün Rusiyanın baş naziir Vladimir Putin ümid etdiyini bildirib ki, Avropa ölkələri Moskva ilə münasibəltərini pozmayacaq.

XS
SM
MD
LG