Accessibility links

Bu gün Respublikaçıların namizədi rəsmən bəyan olunacaq


Amerika prezidentliyinə respublikaçı namizəd Con Makkeyn və onun vitse-prezidenti Sara Peylin Minnesotanın Seint Pol şəhərində keçirilən qurultayda nümayəndələr tərəfindən rəsmən nominasiya alacaqlar. Peylin nominasiyasını maraqla gözlənilən nitq zamanı qəbul edəcək. Burada həm də Alyaska qubernatorunun təqdim olunacağı gözlənilir. Makkeyn və Peylin prezident Corc Buş da daxil olmaqla məşhur insanlar dəstəyini alıb. Ağ Evdən peyk vasitəsilə qurultaya qoşulan cənab Buş deyib ki, Makkeyn Amerikanı potensial terrorçu hücumlarından uzaq tutmağın lazım olduğunu başa düşür. O habelə Makkeyni ABŞ qüvvələrinin İraqda mübarizəsini dəstəklədiyinə görə alqışlayıb.

XS
SM
MD
LG