Accessibility links

Əfqanıstanda etiraz aksiyası keçirilib


Yüzlərlə əfqan 3 ailə üzvünün öldürülməsinə etiraz etmək üçün küçərələrə axışıb. ABŞ-ın başçılıq etdiyi koalisiya ailənin evinə hücumda iştirakını təkzib edib. Şahidlərin sözlərinə görə, bir kişi və onun 2 oğlu koalisiya qoşunlarının keçirdiyi reydlər zamanı öldürülüb. Onlar habelə deyib ki, əsgərlər 3 nəfəri özləri ilə aparıb. Bu arada Əfqanıstan prezidenti ABŞ qüvvələrinə yaraqlıları hədəf alan hava hücumlarını dayandırması üçün müraciət edib. Buna səbəb mülki vətəndaşların tələfatıdır. Həmid Karzai NATO və ABŞ qüvvələrindən yaraqlılarla mübarizədə alternativ yollardan istifadə etmələrini istəyib.

XS
SM
MD
LG