Accessibility links

Avropa Birliyinin sammitində Rusiyaya cavab veriləcək


Avropa Birliyinin yüksək rütbəli rəsmisi bildirir ki, Birlik Rusiya ilə uzunmüddətli atəşkəsi təmin etmək üçün Gürcüstana monitorinq missiyası göndərməyə ümid edir. Avropa Birliyinin xarici siyasət rəhbəri Haviyer Solana ümid edir ki, blokun 27 üzvü gələcək həftələrdə birliyin planlarını bəyənəcəklər. Avropa Birliyi liderlərinin bu gün Brüsseldə keçiriləcək fövqəladə görüşü ərəfəsində gələn şərhlər əsasən Gürcüstana hərbi təzavüzünə Rusiyaya necə cavab vermək barədədir. Birlik üzvlərinin Gürcüstana dəstək səsi verəcəyi və Rusiyanın Cənubi Osetiya və Abxaziyanı tanımasını məhkum edəcəkləri gözlənilirdi. Lakin Avropa Birliyi əlavə olaraq Rusiyaya iqtisadi sanksiyalar da tətbiq edə bilər. Avropa Birliyi neft, mavi və təbii qaza görə Moskvadan asılıdır və Rusiya Birlik ölkələrinin bir çoxunun əsas ticarət partnyorudur.

XS
SM
MD
LG