Accessibility links

Hindistan Kəşmirində qadağan saatı ləğv edilib


Hindistan Kəşmirində həftələrlə davam edən etiraz aksiyalarından sonra 9 günlük qadağan saatı ləğv edilib. Ofislər, banklar və mağazalar bu gün yenidən açılıb ki, bu da insanlara müqəddəs Ramazan ayına hazırlıq üzün bazarlıq etməyə imkan verir. Bu addım Hindistan rəsmilərinin İslamçı separatçılara ikinci güzəştidir. Belə ki, dünən polis 3 separatçı lideri həbsdən azad edib. Həmin şəxslər üç həftə öncə müstəqllik uğrunda nümayişlərə rəhbərlik etdiklərinə görə həbs edilmişdilər. Etiraz aksiyalarına səbəb rəsmilərin Hind məbədinə gələn zəvvarlar üçün əlavə torpaq ayrıması olmuşdu ki, bunun nəticəsində ən azı 40 adam həlak olmuşdur.

XS
SM
MD
LG