Accessibility links

Qustav qasırğasının sürəti azalıb


Qustav qasırğasının sürəti azalaraq 1-ci dərəcəli qasırğa kateqoriyasına düşüb. Rəsmilər deyirlər ki, Qustav Birləşmiş Ştatlarda 8 nəfərin həyatına son qoyub. Onların arasında Corcia ştatında qasırğa səbəbilə evlərini tərk edən 4 nəfər var. Həmin şəxslərin avtomobili ağaca dəyərək qəzaya uğrayıb. Qasırğanın daşqınlar yaradacağı ehtimal olunur. Missisipidə evlər və Katrinanın dağıtdığı sahil şəhərlərinə gedən yeganə əsas avtomagistralı su altında qalıb. Qustav ABŞ sahillərinə çatmamışdan öncə Karib hövzəsində 94 nəfərin ölümünə səbəb olub. Eksperlər Qustavın gözləndiyindən daha az gücə malik olduğunu bildiriblər. Ancaq qasırğanın Luiziana və Missisipi ştatlarına milyardlarla dollar ziyan vurduğu istisna edilmir.

XS
SM
MD
LG